Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 11:51

Gürcüstanda Regional İnkişaf Nazirliyi ləğv edilir – səbəbini Baş nazir brifinqdə açıqlayıb

Gürcüstanın Regional İnkişaf Nazirliyi 2026-cı ilin sentyabr ayında ləğv olunacaq.

Tezadlar.az  xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə məlumat verib. Baş nazir bildirib ki, regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinin təsis olunması fonunda Regional İnkişaf Nazirliyi öz əsas funksional təyinatını itirir. Bu səbəbdən nazirliyin sentyabr ayında ləğv edilməsi qərara alınıb. Kobaxidzenin sözlərinə görə, hazırkı Regional İnkişaf naziri Kaxa Quledani bundan sonra Gürcüstanın İnfrastruktur nazirinin birinci müavini vəzifəsini tutacaq. Baş nazir Kaxa Quledaniyə nazir kimi fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlıq və vicdanlı xidmətə görə təşəkkür edib. İrakli Kobaxidze qeyd edib ki, dövlət naziri vəzifəsinin yaradılması qanunvericilik dəyişikliklərini tələb etdiyindən, həmin qanun qəbul edilənədək – sentyabrın ilk həftəsinədək Regional İnkişaf naziri vəzifəsini Mamuka Mdinaradze icra edəcək. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsinin də qanun əsasında sentyabrın ilk həftəsində ləğv ediləcəyi, həmin vaxta qədər isə bu postun vakant qalacağı bildirilib. Baş nazir parlamentə müraciət edərək növbəti sessiyanın ilk həftəsində hökumətin strukturunda dəyişiklikləri nəzərdə tutan qanunvericilik paketinin sürətləndirilmiş qaydada qəbul edilməsini xahiş edib.

 

24News.ge

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!