12 Mart 2026 / 13:57

Gürcüstanda yanacağın qiyməti qalxdı: İsrail-İran gərginliyi dünya bazarlarını silkələdi

Yaxın Şərqdə baş verən hadisələr Hörmüz boğazı vasitəsilə neft daşımalarında gecikmələr yaradıb. Dünya neft tədarükünün təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir. Tezadlar.az xəbər verir ki, bu da qlobal neft qiymətlərinə birbaşa təsir göstərir. Hazırda Brent markalı neftin qiyməti bir barel üçün 90–92 dollar, Amerika xam nefti (WTI) isə 86–87 dollar arasında dəyişir. Beynəlxalq birjalardakı bu tendensiya artıq Gürcüstan bazarına da təsir edib. Bəzi markalı yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri artıb. Orta hesabla qiymətlər yanacağın növündən asılı olaraq 10–18 tetri yüksəlib.

Məlumata görə, yanacaq qiymətləri bu gün müxtəlif markalı yanacaqdoldurma məntəqələrində belədir:

Gulf: G-Force Super – 3.53 lari G-Force Premium – 3.13 lari G-Force Euro Regular – 2.99 lari Euro Regular – 2.97 lari G-Force Euro Diesel – 3.25 lari Euro Diesel – 3.15 lari

Wissol: Eco Super – 3.69 lari Eco Premium – 3.27 lari Eco Diesel – 3.41 lari Euro Diesel – 3.36 lari Euro Regular – 3.12 lari

Socar: Nano Super – 3.55 lari Nano Premium – 3.11 lari Nano Euro Regular – 2.95 lari Euro 5 Diesel – 2.99 lari Nano Euro 5 Diesel – 3.08 lari

Rompetrol: Efix Super – 3.59 lari Efix Euro Premium – 3.15 lari Euro Regular – 3.04 lari Efix Euro Diesel – 3.15 lari Euro Diesel – 3.10 lari

Portal: Super – 3.14 lari Premium – 2.99 lari Euro Regular – 2.89 lari Euro Diesel – 3.14 lari Effektiv Diesel – 2.99 lari

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!