10 Dekabr 2025 / 14:55

Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ariz Abuzərov həbsin bir addımlığında- YEYİNTİ

Bu dəfə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb. Baş Prokuroluğun mətbuat xidmətindən tezadlar.az-a verilən  xəbərə görə, fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!