Hacıqabul Sənaye Parkı ilə bağlı sevindirici xəbər

Oxunma sayı: 259

Sənaye Parkının ərazisində 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır – daha 5 nəfər daimi işlə təmin olunacaq

***

Tezadlar.az  xəbər verir ki,  “Agas Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

Şirkət tərəfindən Sənaye Parkının ərazisində 2,5 MVt-lıq günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır. Layihənin həyata keçirilməsi ilə Sənaye Parkının enerji təminatının bir hissəsi alternativ və bərpaolunan enerji mənbələrinin hesabına ödəniləcək.

İnvestisiya dəyəri 1,4 milyon manat olan layihə çərçivəsində 5 nəfər daimi işlə təmin olunacaq.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi 2021-ci ildə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Hazırda Agentliyin idarəçiliyində 8 sənaye parkı –

Sumqayıt Kimya Sənaye Parkı

Pirallahı Sənaye Parkı
Qaradağ Sənaye Parkı
Ağdam Sənaye Parkı
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı
Mingəçevir Sənaye Parkı
Hacıqabul Sənaye Parkı
Naxçıvan Sənaye Parkı;
3 sənaye məhəlləsi-
Masallı Sənaye Məhəlləsi
Neftçala Sənaye Məhəlləsi
Sabirabad Sənaye Məhəlləsi;
 24 aqropark  və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Y.Məmmədli
Xəbəri paylaş

18 Aprel