Əsas məzmuna keç

HACIQABULDA SAĞLAMLIQ İMKANI MƏHDUD UŞAQLARLA BAYRAM TƏDBİRİ KEÇİRİLİB

1 iyun 2022-ci il tarixində Hacıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Hacıqabul rayon komitəsinin birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə muzeydə sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə tədbir keçirildi.
Muzeyin direktoru Bahar Isaqova ilk öncə qonaqları salamlamış və sağlıqlı olmaları diləyi ilə bütün uşaqların bayramını təbrik edərək xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzulayaraq uşaqlara bayram münasibəti ilə hədiyyələrini təqdim etdi.
Tədbir zamanı uşaqlar mahnı və şeirlər səsləndirdilər – musiqi sədaları altında rəqs etdilər.
Muzeyin direktoru Bahar İsaqova balaca qonaqları ilə xatirə şəkli çəkdirdi.
Y.MƏMMƏDLİ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…