Bu gün səhər saatlarında Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 33 sərnişin xəsarət alıb. Tezadlar.az bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb. Hadisə nəticəsində yaralananlar arasında uşaqlar da var. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.
Hadisə yerində Yol polisi əməkdaşları və təcili yardım briqadası çalışır.







