Hamburger yeyib öldü

Nyu-Cersi ştatından olan 47 yaşlı pilot hamburger yedikdən dörd saat sonra vəfat edib. O, tarixdə ulduzburunlu gənə dişləməsindən qaynaqlanan ət allergiyasından ölən ilk insan olub.

Tezadlar.az bildirir ki, bu barədə “Allergiya və Klinik İmmunologiya Jurnalı: Təcrübədə” məlumat verib.

“Ət istehlakından sonra alfa-gal sindromundan (AGS) ilk sənədləşdirilmiş ölüm hadisəsini bildiririk”, – məqalədə deyilir.

Hadisə 2024-cü ilin sentyabr ayında baş verib, lakin səbəbi 2025-ci ilin noyabr ayına qədər müəyyən edilməyib. Testlər onda şəkərə qarşı alfa-gal antikorlarını aşkar edib. Bu maddə heyvanların qanında olur və ulduzburunlu gənənin dişləməsi ilə insanlara ötürülür. Yoluxmuş ulduzburunlu gənələrin dişlədiyi insanlarda şəkərə qarşı həssaslıq və ət allergiyası inkişaf edir. Xəstələrdə ürəkbulanma, ishal, ürtiker, mədə krampları və nəfəs almaqda çətinliklər olur. Bu təhlükəli həşəratın dişləmə riski xüsusilə ABŞ-ın cənubunda, şimal-şərqində və orta qərbində yüksəkdir.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti