4 Fevral 2026 / 16:25

Hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb

Hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb… Xətai rayonu ərazisində 42 yaşlı kişiyə qarşı zorakılıq tətbiq edərək 25 000 manat tələb edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Tezadlar.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla bildirir ki, hadisənin detalları:
Zərərçəkən Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfər tərəfindən fiziki zorakılığa məruz qalıb, daha sonra naməlum ünvana aparılaraq pul vermədiyi təqdirdə həyat və sağlamlığına təhlükə ilə hədələnib.
Tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən —
• 21 yaşlı Aqşin Əsgərov,
• 36 yaşlı Səxavət Məmmədov,
• 24 yaşlı qadın dəstə üzvü
müəyyən edilərək saxlanılıblar.
📹 Cinayət anları təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Məlum olub ki, zərərçəkən qadınla tanış olub və cinayət onun təklifi ilə törədilib.
✅Faktla bağlı Xətai RPİ-də cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!