31 İyul 2026 / 07:45

HƏMAS: İsrail öhdəliklərini yerinə yetirmədikcə heç bir addım atmayacağıq

HƏMAS danışıqlar qrupunun üzvü Qazi Həməd İsrail müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikcə müqavimətin tərksilah edilməsi ilə bağlı layihə razılaşması ilə bağlı “heç bir addım atmayacaqlarını” bildirib.

Tezadlar.az xəbər verir ki, Həməd bu sözləri Qətərdə yerləşən Əl-Cəzirə televiziyasına Fələstin qrupları ilə İsrail arasında danışıqlar və layihə razılaşması ilə bağlı söyləyib.

HƏMAS-ın “Fələstin xalqının hüquqlarını qorumaq kimi milli məqsədlərinə sadiq qaldığını” vurğulayan Həməd “İşğalçı qüvvələr (İsrail) müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikcə, müqavimətin (HƏMAS) tərksilah edilməsi ilə bağlı heç bir addım atmayacağıq” deyib.

Həməd qeyd edib ki, silah məsələsi təcrid olunmuş şəkildə həll edilə bilməz və İsrailin Qəzza zolağından çəkilməsi və bölgənin yenidən qurulması kimi digər əsas məsələlərlə birbaşa bağlıdır.

İsrailin müqaviləyə riayət etməsinin şərt olduğunu bildirən Həməd İsrail tərəfi müqaviləni pozarsa, heç bir addım atmayacaqlarını təkrarlayıb.

Həməd İsrailin Şarm əl-Şeyx Sazişinin birinci mərhələsində təxminən 3500 pozuntu törətdiyini bildirərək əlavə edib: “İsrail xəyanət və qətl üzərində qurulmuş təcavüzkar bir dövlətdir, buna görə də sazişə əməl etməyib”.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında verdiyi açıqlamada bildirib ki, “Sülh Komitəsi bu gün HƏMAS və Qəzzadakı bütün digər silahlı qrupların tamamilə tərksilah edilməsi ilə bağlı tarixi bir razılığa gəlib”.

Tramp bildirib ki, tərksilah tamamlandıqdan sonra İsrail Qəzza zolağından çıxacaq.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!