Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, məşhur türkiyəli aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı son günlər haqqında yayılan şayiələrə son qoymaq üçün birgə məlumat paylaşıblar.
Son günlərdə medianın gündəmindən düşməyən “ayrılıq” xəbərlərinə aktyorun İnstaqram hesabı üzərindən aydınlıq gətirilib. Cütlük münasibətlərində çətinliklər olduğunu gizlətməyərək, bu müddəti sakitliklə idarə etməyə çalışdıqlarını bildiriblər.
Açıqlamada qeyd olunur ki, hər evlilikdə olduğu kimi, onların da münasibətlərində zaman-zaman eniş-yoxuşlar yaşanır:
“Hazırda öz içimizdə bəzi məsələləri həll etməyə və əlaqəmizi daha sağlam bir nöqtəyə daşımağa çalışdığımız bir prosesdən keçirik. Bu dövrdə səssiz qalmağa üstünlük verdik, çünki şəxsi proseslərimizi öz daxilimizdə, sakitliklə idarə etmək istədik.”
Cütlük yayılan bəzi xəbərlərin həqiqəti əks etdirmədiyini xüsusilə vurğulayıb. Onlar bildiriblər ki, susqunluqları mediada müxtəlif yanlış şərhlərə və spekülyativ məlumatların artmasına səbəb olub.
Müraciətin sonunda Selahattin və Lara Paşalı şəxsi həyatlarına göstərilən həssaslığa görə izləyicilərinə və onlara dəstək olanlara təşəkkür ediblər.
Səbinə Bağırova