Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Fevral 2026 / 13:14

“HİDRO İNŞAAT SERVİS” tenderi uddu – Sərsəng su anbarını bərpa edəcək

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Sərsəng su anbarının təmiri və bərpası məqsədilə keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, tenderin qalibi “HİDRO İNŞAAT SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Qalib şirkətlə 15 973 411 manat məbləğində müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, “HİDRO İNŞAAT SERVİS” MMC bundan əvvəl Müdiriyyətin “Şərq” su anbarında su kəməri qurğularının yenidən qurulması ilə bağlı keçirdiyi 1 772 257 manatlıq tenderin də qalibi olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!