Əsas məzmuna keç

Hindistanda daşqınlar 25 can aldı

Hindistanın şimal və şimal-şərqində baş verən daşqınlar, torpaq sürüşmələri və leysanlar nəticəsində azı 25 nəfər ölüb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb.

Xilasetmə briqadaları torpaq sürüşməsi nəticəsində dağıntılar altında qaldığı ehtimal olunan insanların axtarışlarını aparır. Ölənlərin sayının artacağı istisna edilmir.

Sinoptiklər leysanların daha da güclənəcəyi barədə xəbərdarlıq ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…