Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycanda “Media haqqında” yeni Qanun qəbul edilib. Yeni Qanunun qəbulunda məqsəd media sahəsində boşluqları doldurmaq, söz, fikir azadlığının, plüralizmin təmin edilməsi, media ilə ictimaiyyət arasında münasibətlərin normallaşdırılması, bir sözlə, media üçün əlverişli mühitin yaradılmasıdır.
Bu fikirləri MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən tədbirdə söyləyib.
Ə.İsmayılov qeyd edib ki, hazırda internet mediası və rəqəmsal mühit mövcuddur. Dezinformasiyanın yayılmasında sosial şəbəkələr öz rolunu oynayır.
Dezinformasiyaya qarşı mübarizədə hüquqi mexanizmlərdən danışan MEDİA-nın İcraçı direktoru vurğulayıb ki, medianı həm də ictimaiyyət formalaşdırır.