Əsas məzmuna keç

Hollivud ulduzu Robert Redford 89 yaşında vəfat edib

Hollivud ulduzu Robert Redford 89 yaşında vəfat edib.

Tezadlar.az xarici mətbuata istinadla xəbər verir ki, amerikalı aktyor, rejissor və prodüser Robert Redford 89 yaşında dünyasını dəyişib.

O, ABŞ-nin Yuta ştatındakı evində yuxuda olarkən vəfat edib.

Robert Redford onilliklər boyu Hollivudun ən məşhur simalarından biri olub. O, “Butch Cassidy and the Sundance Kid”, “All the President’s Men” kimi filmlərlə dünya şöhrəti qazanıb.

Daha sonralar rejissorluğa başlamış və 1980-ci ildə çəkdiyi “Ordinary People” filmi ilə “Oskar” mükafatına layiq görülmüşdü.

Redford həm də “Sundance Film Festival”ın təsisçisi kimi kino sənayesinə böyük təsir göstərib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…