16 İyun 2026 / 18:02

Hüquqlarımız gələcəyimizin təminatıdır

Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Hüquqlarımız gələcəyimizin təminatıdır” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə kitabxananınn Abonement bölməsinin müdiri  Lalə Səlimova açaraq tədbir iştirakçılarını salamladı. Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Lətifə Məmmədova 1948-ci il 10 dekabrda BMT tərəfindən qəbul edilmiş Bəyənnamənin əhəmiyyəti haqqında danışdı.

Lətifə Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda ənənəvi olaraq 18 may – 18 iyun tarixlərində keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxlu maarifləndirici tədbirlərin keçirildiyini vurğuladı, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarını izah etdi və ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini vurğuladı. İnsan hüquq və azadlıqlarının layiqincə qorunmasından, ölkəmizdə uğurla həyata keçirilən hüququ dövlət siyasətindən danışdı və insan hüquqları kateqoriyaları haqqında ətraflı məlumat verdi. Pedaqoq-təlimçi Rövşəntac Cəfərova çıxış edərək bildirdi ki, hər bir uşağın və şagirdin hüquqları vardır, bu hüquqlar dünyanın hər yerində qorunur.

Şagirdlərin ən vacib hüquqlarından biri təhsil almaq hüququdur. Hər bir uşaq keyfiyyətli təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək imkanına malik olmalıdır. Şagirdin öz fikirlərini sərbəst ifadə etmək, təhlükəsiz və sağlam mühitdə oxumaq, istirahət və inkişaf etmək hüquqları da vardır. Heç bir şagird ayrı-seçkiliyə məruz qalmamalı, hər kəsə bərabər münasibət göstərilməlidir. “English Akademy” Beynəlxalq Dil Mərkəzinin rəhbəri, ingilis dili üzrə mütəxəssis Maya Cəfərova çıxışında qeyd etdi ki, məktəbdə təhsil almaq hüququmuz olduğu kimi, dərslərə məsuliyyətlə yanaşmaq, müəllimlərə və sinif yoldaşlarımıza hörmət  etmək və məktəb qaydalarına əməl etmək də bizim vəzifəmizdir.

Şağirdlər öz hüquqlarını bilməli, eyni zamanda başqalarının hüquqlarını da qorumalıdır. Klinik psixoloq Səidə Abdulxalıqova şagirdlərin psixolojı sağlamlığı, hüquqları və şəxsi inkişafı barədə faydalı məlumat verərək, özlərini daha yaxşı tanımaları və hüquqlarını dərk etmələri üçün tövsyələr verdi.  Fəal oxucu Ruslan Abbasov təhsil, bilik və hüquq mədəniyyətinin formalaşmasında elmin əhəmiyyətindən bəhs etdi.  Psixoloq Pərvanə Qafarova kitabxananın fəal oxucuları və şagirdlərlə “Təhsil almaq niyə vacib hüquq sayılır?”, “Hüquqlarımızla yanaşı hansı məsuliyyətimiz var?”, “Başqasının hüququna hörmət etmək nə deməkdir?” sualları ətrafında diskussiya apardı.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!