Əsas məzmuna keç

İBRAHİM KALININ PUTİNLƏ GÖRÜŞDÜYÜNÜ MOSKVA DA TƏSDİQLƏYİB

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalının Vladimir Putin ilə görüşdüyünü təsdiqləyib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında məlumat verib.

D.Peskov deyib ki, İ.Kalın Moskvada V.Putin ilə görüşüb və “Akkuyu” atom elektrik stansiyasına dair əməkdaşlıq məsələlərini müzakirə edib.

İbrahim Kalın ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşdüyünü və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məktubunu ona çatdırdığını bildirmişdi. O, həmçinin V.Putinin də Türkiyə Prezidentinə məktub ünvanladığını deyib.

AZƏRTAC

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…