Əsas məzmuna keç

İCTİMAİ NƏQLİYYATA ALTERNATİV AXTARILIR

Alternativ ictimai nəqliyyatın yaradılması müzakirə olunur.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, ictimai nəqliyyat gəlirli sahə olmadığına görə bir çox hallarda dövlət tərəfindən subsidiyalaşdırılır. “İctimai nəqliyyatın genişləndirilməsi, sürət qatarlarının, alternativ ictimai nəqliyyatın yaradılması üçün bu gün müzakirələr gedir”, – deyə o əlavə edib.

R.Hümmətov həmçinin əlavə edib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişkiliyin əsas məqsədi vətəndaşların hüquqlarının qorunmasıdır:

“Vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər nə bu qanun layihəsində, nə də nazirliyin fəaliyyətində var”.

trend

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…