Əsas məzmuna keç

İLDƏ 75 MİN YENİ İŞ YERİ YARADILIR – NAZİR MİKAYIL CABBAROV DEYİR

Azərbaycanda yeni yaradılan iş yerlərinin böyük hissəsini mümkün qədər azad olunmuş ərazilərə yönəltmək planlaşdırılır.

TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda Şuşada keçirilən tədbirdə deyib.

Yeni iş yerlərinin yaradılmasının prioritet məsələlərindən olduğunu deyən nazir, son illər ərzində özəl sektorda bu istiqamətdə yüksək dinamika ilə bağlı məmnunluq hissi keçirdiyini qeyd edib. M.Cabbarov vurğulayıb ki, qeyri-neft özəl sektorda ildə orta hesabla 75 min yeni iş yeri yaradılır: “İldə təxminən 20-25 min insanın pensiyaya çıxmasını nəzərə alsaq, demək olar ki, əmək bazarına ildə 90-95 min civarında yeni işçi qüvvəsi cəlb edilir”

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…