Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizədə hərtərəfli addımlardan biri əməkhaqqı sahəsində islahat olub”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.
“Dövlət bu islahat çərçivəsində özəl qeyri-neft sektorunun işçilərinin gəlirlərinin yeddi il müddətinə gəlir vergisindən azad edilməsi barədə qərar qəbul edib. Bu qərar işəgötürənlər və işçilər arasında şəffaflıq və hesabatlılığn yüksəlməsinə xidmət edib”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə sistemli addımlardan biri də onlayn kassaların tətbiqi və paralel olaraq “ƏDV geri al” proqramının işə salınmasıdır.
“2022-ci ilin birinci yarısında qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz artıb. Ümumilikdə 2022-ci ilin birinci yarısında qeyri-neft sektorundan vergi daxilolmaları 2017-2018-ci illərin vergi daxilolmaları həcminə bərabərdir. Bu, həmin istiqamətdə görülən işlərin həcmini göstərir”, – M.Cabbarov deyib.
E.ŞİRİNOV