Əsas məzmuna keç

İRAN YENİ “KARUN” ATOM ELEKTRİK STANSİYASININ TİKİNTİSİNƏ BAŞLAYIB

İran ən azı 300 MVt gücündə “Karun” adlı yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.

Bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd İslami deyib.

“Biz Qərbi Azərbaycan vilayətində radioaktiv materialların çıxarılmasına ən azı 5 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, həmçinin burada yeni “Karun” AES-in tikintisinə başlamışıq. Onun gücü ən azı 300 meqavat olacaq”, – IRNA agentliyi onun sözlərini sitat gətirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…