Əsas məzmuna keç

İSRAİL QƏZZA İLƏ SƏRHƏDDƏ “KEREM ŞALOM” KEÇİD MƏNTƏQƏSİNİ AÇACAQ

İsrail hakimiyyəti anklava humanitar yardımın tədarükünü artırmaq üçün Qəzza zolağı ilə sərhəddə “Kerem Şalom” keçid məntəqəsini açmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“Biz Qəzza zolağına çatdırılan yardımı yoxlamaq imkanlarımızı genişləndirmişik. “Kerem Şalom” açıq olacaq, buna görə də çeklərin sayı ikiqat artacaq”, – mətbuat xəbər verir.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında humanitar yardımın effektiv çatdırılması üçün şəraitin olmadığını bildirmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…