Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/8
…Yay gələndə sosial durumu zəif insanların Xəzər çimərliklərindən şikayətləri səngimir. Faktdır ki, iri ranqlı məmurların dəniz sahillərini hasarlaması, digər tərəfdən, bununla da kifayətlənməyərək dənizin ən yaxşı ərazilərindən özləri üçün qazanclı çimərliklər yaratması adi hala çevrilib. Vətəndaş şikayətləri isə ünvanına çatmırdı, həmçinin aidiyyəti RİH başçıları qulağını və gözünü tutub lal olardı. Digər çimərliklərdə isə bahalıq meydan oxuyur… Ona görə də yay istirahətini yaşadığı mənzilin küncündə və ya həyətlərdəki ağac kölgəsində keçirməyə məhkum olan insanların vəziyyətini təsəvvür etmək çətin deyil.
Amma H.Əliyev Fondunun vitse- prezidenti, “İDEA” İctimai Birliyinin sədri Leyla Əliyevanın daha bir təşəbbüsü bu sadə insanların dadına çatdı. Budur, Hövsan- Türkan yolunun üstündə, Xəzərin “Bağlar massivi” adlanan ərazisindəki sahibsiz və səliqəsiz ərazisində yüksək səviyyəli tikinti- bərpa işləri görülərək pulsuz çimərlik təşkil edilib.
Əməkdaşımız bu dəqiqələrdə ərazidə olmuşdur. Çimərlikdə bütün santexniki imkanlar təşkil edilib, istirahət edənlər üçün yuyunub- geyinmə otağı, FHN- nin nəzarət məntəqəsi və s. təşkil edilib.
“Təzadlar”ın video və fotokamerasının görüntüləri əlavə şərhə yer qoymur. Hər şey yerli- yataqlı və ürəkoxşayandır, insanların xoş istirahəti üçündür.
SONDA: ƏMƏKDAŞIMIZ İNDİYƏDƏK BU ƏRAZİLƏRDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ PULLU ÇİMƏRLİKLƏRƏ DƏ BAŞ ÇƏKMİŞDİR. DEMƏK OLAR Kİ, İSTİRAHƏTƏ KÖNÜL VERƏN YOXDUR. AMMA “İDEYA”NIN TƏŞƏBBÜSKARLIĞI İLƏ TƏŞKİL EDİLMİŞ ÇİMƏRLİKDƏ İNSAN ƏLİNDƏN İYNƏ ATSAN YERƏ DÜŞMƏZ!
BİZƏ İSƏ ÇİMƏRLİYƏ GƏLƏNLƏRƏ XOŞ İSTİRAHƏT ARZULAMAQ QALIR!
A.Məmmədli