Əsas məzmuna keç

İmişlidə 31 yaşlı oğlanla 15 yaşlı qızın toyu baş tutmadı-POLİS İŞƏ QARIŞDI

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. Tezadlar.az bildirir ki, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlər nəticəsində oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılan məclisin qarşısı alınıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…