İdarənin rəisi Ələddin Məmmədov onun qanunsuz əməllərinə, nəhayət, boyun əymək istəməyən Nazilə İbadovanı aşağılamaq və əzmək üçün ona həyətdəki alaqları yolmağa məcbur edib...

 ...Həyatda hər kəsi təəccübləndirən çox hadisələrin şahidi olmuşuq. Amma bu gün eşitdiyimiz və canlı şahidi olduğumuz bir qanqaraldıcı hadisədən sarsıldıq. Təsəvvür edin, tabeliyində 4500-5000 işçisi olan SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Ələddin Məmmədov vur-tut 380 manat əmək haqqı verilərək 4 ildir öz ştatından kənar daha 4 vəzifə üzrə əmək funksiyalarını icra etməyə məhkum edilmiş, atasız, himayəsində xəstə azyaşlı uşağı olan orta texniki təhsilli gənc ananı 1500 işçinin gözü qarşısında idarənin həyətindəki bağdakı çayırı yoldurmağa məcbur edib. Həmin qadın Nazilə İbadova deyir ki, balamı ac və özümü işsiz qoymamaq üçün bu gün səhər əvvəlcə buna  razı oldum. Amma nahar vaxtı elə bir parça yavan çörəyimi  yemək istəyərkən Ələddin Məmmədovun tabeliyində olan 2 saylı sahınin rəisinin xəbərçiliyi nəticəsində Ələddin Məmmədovun katibəsi mənə zəng etdi ki, sən bütün vaxtı sahədə olmalısan, yəni çöldə, alaq yolmaqda... Gənc qadın bu təhqirə dözmədən sözünü deyir, idarəni tərk edir... Və Neftçilərin Hüquqlarını Müdafiə Birliyinin sədri Mirvari Qəhrəmanlıya və redaksiyamıza zəng edərık başına gətirilənlərlə bağlı ətraflı məlumat verdi. Aşağıda Nazilə İbadovanın TEZADLAR TV-yə (TTV AZ) canlı efirdə verdiyi müsahibəsini təqdim edirik. Onun SOCAR Prezidenti Rövşən Nəcəfə müraciətli videomüsahibəsini izləyib özünüz nəticə çıxarın: 

https://www.youtube.com/watch?v=45AzznmWI2s

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN