Donald Trampın snayperin vurduğu damı qoruyan təhlükəsizlik işçisi hava çox isti olduğu üçün müşahidə məntəqəsini tərk edib.

Tezadlar.az bu barədə “Fox News”-ə istinadən xəbər verir.

“Təhlükəsizlik işçisi özünü çox isti hiss etdiyi üçün damdan çıxıb. Mühafizəçi damda qalmağa ehtiyac olmadığına qərar verib”, - məlumatda deyilir.

Həmin gün tədbirin keçirildiyi Batlerdə havanın temperaturu 33 dərəcəyə çatıb. Trampın çıxışında xilasedicilər havasızlıqdan özünü pis hiss edən insanlara kömək ediblər.

Xatırladaq ki, 2014-cü il iyulun 13-də Donald Tramp seçki kampaniyası çərçivəsində çıxışı zamanı ona cəhd edilib. Güllələrdən biri Trampın başının millimetrliyindən keçərək onun qulağına dəyib. Atıcı mühafizə xidməti tərəfindən zərərsizləşdirilib. Onun 20 yaşlı Tomas Metyu Kruks olduğu üzə çıxıb.

Maraqlıdır ki, Vladimir Jirinovski 8 il əvvəl Trampa sui-qəsd olacağını proqnozlaşdırmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN