Lvov məhkəməsi Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farionu öldürməkdə şübhəli bilinən 18 yaşlı Vyaçeslav Zinçenkonu həbs edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” yazır.

Eyni zamanda məhkəmə şübhəlini zaminə buraxmaq imkanından məhrum edib.

Zinçenkonun özü özünü təqsirli bilməyib. Media yazır ki, məhkəmə zamanı o, əsasən gözlərini yumub, susub və gülümsəyib, həmçinin qızı Fariona dilini çıxarıb.

İstintaqın məlumatına görə, o, Farionu evinin həyətində güllələyib. Qətlə görə məsuliyyəti Ukrayna neonasistləri öz üzərinə götürüb.

Qeyd edək ki, Farion rusofob baxışları ilə tanınır, o, son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin rusdilli əsgərləri haqqında sərt açıqlamalarına görə ukraynalı millətçilərlə münaqişəyə düşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN