booked.netbooked.net booked.net  

Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.

TEZADLAR.AZ xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, görüntülərdə ermənilərin Naxçıvanla sərhəddə, eləcə də, Azərbaycanın Ermənistanla şərti sərhəd ərazilərində hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi əksini tapıb (trend).

Qeyd edək ki, son günlər Qərbin vədlərindən ürəklənən Ermənistan sərhəddə təxribat xarakterli fəallığını artırıb və sərhəddə qoşunlarını cəmləşdirməyə başlayıb.

Xatırladaq ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

"Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır.

Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

Videoları aşağıdakı linklərə daxil olaraq izləyə bilərsiniz:

https://newstube.az/videos/166097/

https://newstube.az/videos/166096

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN