Bu gün gecə saatlarında "Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxmışdı...

 Tezadlar,az CBC- Sport- a istinadla xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer”in qonağı olub. “BayArena” stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. “Köhlən atlar” 62-ci dəqiqədə meydanda azlıqda qalıblar. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib. Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən “Bayer” iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. “Qarabağ” isə Avropa Liqasında mübarizəni dayandırıb.

Bizə isə yalnız təəssüflənmək qalır!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN