booked.netbooked.net booked.net  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında  (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə növbəti biblioqrafik göstərici işıq üzü görüb.

Mərkəzi Elmi Kitabxanadan "Təzadlar"a bildirilib ki, biblioqrafiya Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Novruzovun 80 illiyinə həsr edilib. Alimin kitabları, elmi məqalələri, elmi rəhbəri və məsləhətçisi olduğu dissertasiya işlərinin də əlavə edildiyi biblioqrafiyada, Vaqif Novruzovun həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin onun haqqında yazıları öz əksini tapıb. Nəşrin elmi redaktoru MEK-in direktoru, professor Məmməd Əliyev, tərtibçisi Rəna Cavadova, redaktoru Nərgiz Novruzovadır. Göstərici biologiya elmi sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN