O, Luçeskunu da geridə qoyub.

*** 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib.

TEZADLAR.AZ idman.biz-ə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında 138-cidir.

O, ötən cədvəllə müqayisədə 1 addımlıq irəliləyişə nail olub. Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Qurbanovun 1670 xalı var.

“Qarabağ”ın çalışdırıcısı hesabat dövründə Razvan Luçeskunu keçib.

 q

O, planetin 500 ən güclü mütəxəssisinin yer aldığı cədvəldə yeganə azərbaycanlıdır.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. “Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi “Bayer”i çalışdıran Xabi Alonso 164-cü pillədə qərarlaşıb – 1644 xal.

Qeyd edək ki, cədvələ 2223 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN