Türkiyə Superliqasının XXX turunun “Trabzonspor” - “Fənərbağça” oyununda yaşanan qalmaqalla bağlı yekun qərar verilib.

TEZADLAR.AZ xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsi hər iki klubu cəzalandırıb.

Qərara əsasən, meydan sahibləri növbəti 6 ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin, “bordo-mavililər”in məşqçisi Egemen Korkmaz bir qarşılaşmada texniki zonada yer almayacaq.

“Fənərbağça”da isə Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyun cəza alıb.

Qeyd edək ki, “Fənərbağça”nın 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydana daxil olan azarkeşlər İstanbul klubunun üzvlərinə hücum çəkmişdi. Nəticədə meydanda kütləvi dava baş vermişdi.

AZƏRTAC

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN