booked.netbooked.net booked.net  

Ağdamı ziyarət etmək istəyənlər tələssinlər.

Sabah Ağdam şəhərinə iki avtobus reysi təşkil olunacaq. Bu istiqamət üzrə avtobus reyslərinə biletlər artıq satışa çıxarılıb. Siz, Ağdam avtobusu ilə yurd yerlərimizə ziyarət edən ilk sərnişinlərdən biri ola bilərsiniz - bilet satışı davam edir.

Xatırladaq ki, 24 yanvar tarixindən etibarən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli – Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək.Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

 Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar  "Yolumuz Qarabağa"   portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

 Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Sabah ilk sərnişin avtobusları "Bakı-Ağdam- Bakı" marşrut xətti üzrə yola düşəcək. Məhz bu barədə xəbər vermək çox sevindirici və qürurvericidir.

Həsrətin sonu gəldi: 29 il sonra Qarabağa -Ağdama ilk sərnişin avtobuslarımız sabah yola düşür! Uğurlu olsun!

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN