Gürcüstanda siyasi gərginlik davam edir...

"Gürcüstanda hakim partiya müstəqil siyasət yeritmə taktikasını həyata keçirməkdədir. “Gürcü Arzusu” partiyasının bu cür siyasəti başda Birləşmiş Ştatlar olmaqla Qərbi qane etmir. Birləşmiş Ştatlar və Qərb açıq şəkildə Gürcüstanı öz təsirinə salıb Rusiya əleyhinə istifadə etmək istəyir. “Xarici agentlər” haqqında qanunun qəbul edilməsi prosesində də Gürcüstan müstəqil qərar qəbul etdi və bu qanunu qəbul etdi. Baxmayaraq ki, Birləşmiş Ştatların və Qərbin açıq təzyiqi var idi. Gürcüstan dövləti nə istəyir? Gürcüstan dövləti açıq şəkildə deyir ki, biz Avropaya inteqrasiya etmək istəyirik. Ancaq müstəqil şəkildə öz dövlət və milli maraqlarımızı qorumaq şərtilə. Qərb isə əksinə deyir ki, Avropa Birliyinə gəlmək istəyirsənsə, Avropanın və Qərbin, Amerikanın maraqlarına uyğun davranmalısan”,- deyən Tanınmış siyasi ekspert Azad Məsiyev onu da bildirdi ki, baş verənlər gürcü xalqının dövlət və milli maraqlarına uyğun gəlmir. Sitat: "Təbii ki, Gürcüstanda demokratik bir seçki keçirildi və xalq “Gürcü Arzusu” partiyasına səs verdi. Gürcüstanın keçirilən bu seçkini Birləşmiş Ştatlar və Qərb tanımaq istəmir və açıq şəkildə Gürcüstanda keçirilən seçkiyə kölgə salmaq istəyir. Baxmayaraq ki, həmin seçkilər elektron qaydada keçirilmişdi. Həmçinin Azərbaycandan da deleqasiya var idi və seçkinin demokratik keçirilməsini bəyan etmişdi. Gürcüstanın bu seçkidə “Gürcü Arzusu” Partiyasının qələbəsini Birləşmiş Ştatlar və Qərb tanımadı və açıq şəkildə Gürcüstan rəhbərliyinə qarşı sanksiya ilə çıxış etdi. Bu cür davranış birbaşa Gürcüstanı təhdid etmək idi və Gürcüstanın baş naziri açıq şəkildə bəyan etdi ki, bizi şantaj edirlər. Eyni zamanda bu cür davranış nə beynəlxalq hüquqa uyğundur, nə də Gürcüstanın müstəqil dövlət olmasına birbaşa təhdiddir. Hazırda Gürcüstanda iki hakimiyyətlik meydana gəlib. Yəni Gürcüstanın prezidenti açıq şəkildə Gürcüstanın maraqlarına və xalqının marağına yox, Qərbin maraqlarına xidmət edir. Açıq şəkildə dövlət çevrilişinə çağırış səsləndirir. Gürcüstan müxalifətini Qərbin dəstəyi ilə üsyana çağırır və dövlətin strateji obyektlərin tutulmasına sövq edir. Bu da açıq şəkildə dövlət çevrilişidir. Gürcüstanda baş verən hadisələrin demokratik dəyərlərə heç bir aidiyyatı yoxdur. Çünki demokratiyanın təməl prinsipi nədir? Demokratiyanın tələbə prinsiplərindən biri azlığın çoxluğa tabe olması deməkdir. Gürcüstanın paytaxtı Tbilisidə 10 minə yaxın insanlar açıq şəkildə dövlət çevrilişi cəhdlərinə uyğun addımlar atır və ümumilikdə Gürcüstanda “Maydan” hərəkatını təkrarlamaq istəyirlər. Yəni Birləşmiş Ştatlar demokratiya ideyası altında ayrı-ayrı dövlətlərdə çevriliş edir və demokratiya ideyası altında Gürcüstanı işğal etmək istəyir. Təbii ki, hakim partiya Qərbin bu cür davranışını qəbul etmir və ona adekvat cavab verir. Gürcüstanı nə də ittiham edirlər? Guya “Gürcü Arzusu” partiyası Rusiya yönümlüdür və bunu da Gürcüstan kütləsinə sırımaq istəyirlər. Əslində isə “Gürcü Arzusu” partiyası nə MDB təşkilatında, nə Avrasiya İqtisadi Birliyində, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, nə də “3+3” formatı çərçivəsində Rusiya ilə əməkdaşlıq etmir. Sadəcə Qərb bu cür Gürcüstan üzərindən psixoloji müharibəni aparır. Gürcüstanın hakim partiyasını Rusiya meylli siyasət yeritməkdə ittiham edirlər ki, bununla da kütləni ayağa qaldırmaq istəyirlər”.

Tezadlar.az bildirir ki, A.Məsiyev Gürcüstanda baş verən hadisələr başda Birləşmiş Ştatlar olmaqla Qərbin Cənubi Qafqaza girməsinin bir elementi kimi dəyərləndirərək daha vacib bir məqamı ortaya qoyub. Sitat: "Çünki Birləşmiş Ştatlar və Qərb Cənubi Qafqaz respublikalarını öz təsirinə salmaq istəyirlər. Yəni Rusiyanın cənub cinahını bağlamaq istəyirlər. Həm Ermənistan, həm də Gürcüstan üzərindən bu siyasət həyata keçirilməkdədir. Azərbaycan da balanslaşdırıcı siyasət həyata keçirdiyinə görə Azərbaycana təzyiq olunur ki, Azərbaycan da Qərbin təsirinə düşsün. Gürcüstanda baş verən hadisələr dolayısı ilə Azərbaycana da bir mesajdır. Əgər ABŞ demokratiya ideyası altında dövlət çevrilişi edib Gürcüstanda özlərinə münasib bir hakimiyyət qurarsa, növbəti addım Azərbaycana olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Azərbaycan həm Rusiya ilə, həm İranla, həm də Gürcüstanla, Ermənistanla sərhəddir. Birləşmiş Ştatlar, Ermənistan və Gürcüstanı öz təsirinə alarsa, növbəti etap Azərbaycan olacaqdır. Ermənistanın da bu gün böyük sürətlə silahlanması buna hesablanılıb. Ümumilikdə Gürcüstanda baş verən xaos Qərbin Cənubi Qafqazda aparacağı xaosun başlanğıcıdır”.

Pin It

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN