Aktauda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxan Yekaterinburqlu sərnişin Subxonkul Rəhimov TASS-a açıqlamasında stüardessa Hökumə Əliyeva haqqında danışıb.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, stüardessa Hökumə Əliyeva kritik məqamda əzmkarlıq və cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirməyə davam edib.

“Pilotlara daha yaxın olan stüardessa, ümumiyyətlə, vəziyyətin dəhşətli olmasına baxmayaraq, o, belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları, vəzifələrini yerinə yetirdi”, - Rəhimov deyib.

"Stüardessanın əmrinə itaət etdim və onun kürəyinə sığındım", - deyə agentliyin həmsöhbəti əlavə edib.

O, "o, öz işini mükəmməl şəkildə yerinə yetirdiyini" vurğulayıb.

“Bir qadın sənə “sakit ol” deyəndə - təbii ki, sakit qalmaq lazımdır. O, əsasən Azərbaycan dilində danışıb, insanları sakitləşdirirdi”, – agentliyin həmsöhbəti bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN