Qazaxıstan Parlamenti Senatının spikeri Maulen Aşimbayev Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin fotolarına əsaslanaraq vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb və qeyd edib ki, müəyyən qüvvələrin özlərinə divident qazanmağa çalışıblar.
“Bunlar fərziyyələr və əsassız bəyanatlardır və bu cür bəyanatları yaymaq yanlışdır, qeyri-etikdir və bu, müəyyən insanların bu vəziyyətdə özləri üçün müəyyən dividendlər qazanmaq istədiklərinin göstəricisidir”, - o, Astanada jurnalistlərə mediada və sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, təyyarənin quyruğunun fotoşəkillərində guya dağıdıcı elementlərin izlərinə bənzəyən zədələr var.
E.ŞİRİNOV