Moskva Ukraynadakı zərbələrin hədəflərini Rusiyaya təhdidlərə əsaslanaraq seçir.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin YouTube kanalında yayımlanan Rusiya və xarici KİV-lərə müsahibəsi zamanı xarici işlər naziri Sergey Lavrov deyib.
“Bunlar hərbi obyektlər, müdafiə sənayesi müəssisələri, Kiyevdəki qərar qəbuletmə mərkəzləri də belə hədəflər ola bilər. Amma mülki məqsədlər üçün cavab vermək bizim qaydalarımıza daxil deyil”, - diplomat izah edib.
Lavrovun sözlərinə görə, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisini atəşə tutduğu nöqtələrə zərbələr endirir, nəticədə dinc sakinlər qurban olurlar.
E.ŞİRİNOV