Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Prezidenti olduğu

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə 21 dekabr 2024-cü il tarixdə, saat 10.00-da Bakıda “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır. Assosiasiyanın media mərkəzindən «Təzadlar»a bildirilib ki, Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, eləcə də Türkiyə, Rusiya, Çin, İtaliya, Qazaxıstan, Yunanıstan, Albaniya, Belarus, Serbiya və Bolqarıstandan nüfuzlu hüquqşünas alimlər iştirak edəcəklər.

 Professor İlham Rəhimov iştirakçıları salamladıqdan sonra konfransın əsas mövzusu ətrafında məruzələr dinləniləcək. Rusiyanın Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin  Araşdırılması Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Lopaşenko Natalya Aleksandrovnanın “Cinayət siyasəti: dərk  olunmamış və dərkolunmaz  hadisələr  haqqında düşüncələr”,  hüquq elmləri doktoru, professor Xanlar Ələkbərovun isə “Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda məruzələri dinləniləcək. Sonra məruzələr ətrafında müzakirələr aparılacaq.

Konfransın sonunda Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilati məsələləri ilə bağlı Zaxariya Zaxariyev məruzə ilə çıxış edəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN