Tezadlar.az xəbər verir ki, kiprli jurnalist Aleks Xristoforu X sosial şəbəkəsində Gürcüstan prezidenti Salome Zurabişvilinin yeni parlament seçkilərinin keçirilməsində israrla geri vidasını itirməsi faktını bildirib.
Xatırladaq ki, çərşənbə axşamı Zurabişvili növbəti dəfə hakim “Gürcü arzusu” partiyasına hücum edərək, müxalifətlə qanunverici orqanda təkrar səsvermə ilə razılaşmasa, onu devirəcəyi ilə hədələyib.
Kiprli jurnalist Zurabişvilinin açıqlamalarını belə şərh edib: “Utanc verici, acınacaqlı və təhlükəli Salome hələ də prezident vəzifəsindən istefa verməkdən imtina edir”.
Gürcüstanda artıq bir aydan çoxdur ki, müxalifətin kütləvi etirazları yaşanır. Onlar hakim “Gürcü arzusu” partiyasının oktyabrın 26-da keçirilən parlament seçkilərində 53,93 faiz səs toplayaraq qalib gəlməsindən sonra başlayıb. Dörd müxalif siyasi qüvvə də parlamentə daxil olub, lakin onlar səsvermənin nəticələrini tanımayacaqlarını bəyan ediblər.
Zurabişvili yenidən seçkilər keçirilənə qədər prezident vəzifəsindən istefa verməkdən imtina edib.
E.ŞİRİNOV