Bakıdakı Rus Evində Bakının aparıcı kitabxanalarının rəhbərləri və alimlərin Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondunun prezidenti, fəlsəfə elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru V.A.Alekseyevlə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə Bakı şəhəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova açaraq qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu gün mənəvi birlik məsələsi, cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanması vacib məsələlərdən biridir. L.Məmmədova bildirdi ki, Azərbaycanın kitabxana fondlarında rus klassiklərinin həm Azərbaycan, həm də rus dillərində çoxlu sayda kitabları vardır. O qeyd etdi ki, kitabxanalarda rus ədəbiyyatı klassiklərinin yubileyləri keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyada analoqu olmayan sərəncamları ilə 2004-2018-ci illər ərzində yerli və dünya klassiklərinin bir çox əsərləri latın qrafikasında yenidən nəşr olundu, onların arasında rus klassiklərinin əsərləri xüsusi yer tutduğu vurğulandı. O qeyd etdi ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, publisist Reyxan Mirzəzadənin 20 ilə yaxındır ki, rus klassiklərinin həyat və yaradıcılığını tədqiq edir, kitablar nəşr etdirir. 2024-cü ildə o, A.S.Puşkinin və M.Y.Lermontovun yubileylərinə həsr olunmuş kitablar yazdı və nəşr etdi. İndi isə S.A.Yeseninin yubileyinə həsr olunmuş bilinqvistik kitabın üzərində işləyir.
Beynəlxalq Xalqların Mənəvi Birliyi Fondunun prezidenti, professor Valeri Alekseyev fondun 30 il ərzində gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, fondun 9 filialı Şərqi Avropa və Yaxın Şərqdə fəaliyyət göstərir. Fond ictimaidir və cəmiyyətimizdə ən sağlam qüvvələrini özündə cəmləşdirir. Fondun əsas məqsədi ənənəvi dəyərləri qorumaq və təbliğ etmək, milli mədəniyyəti təbliğ etməkdir. O, rus dilinin MDB məkanında millətlərarası ünsiyyət dili kimi əhəmiyyətini qeyd etdi və dilin insanları bir-birindən ayırması deyil, birləşdirməsini barədə dəyərli fikir bildirdi. Sonra o, fondun nəşrləri haqqında danışdı və qeyd etdi ki, rus şair və yazıçıları həyatın sonluğunun və insan taleyinin mənasını insanlara çatdırmağı qarşılarına məqsəd qoymuşdurlar. O, S.A.Yeseninin Bakı ilə bağlılığını xüsusi qeyd edib.
Bakıdakı Rus Evinin direktoru, tanınmış ictimai xadim İrek Zinnurov ənənəvi dəyərlərin qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılmasının ideyasınıvacib hesab etdi. O qeyd etdi ki, Azərbaycanda rus dilinə münasibət çox gözəldir və burda rus bölməsi olan 300 məktəb fəaliyyət göstərir.
Azərbaycan Dövlət Dillər Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının müdiri, professor Məmməd Əliyev qeyd etdi ki, mənəvi birlik mədəniyyətlərin və xalqların yaxınlaşmasında çox mühüm amildir. O, ölkəmizdə əsrlər boyu formalaşmış multikulturalizmin Azərbaycan modelinə diqqət çəkdi. O, universitetin rus dili və ədəbiyyatı üzrə mütəxəssislərin hazırlanması sahəsində fəaliyyətini qeyd etdi, ADDU-da rusiyaşünaslar hazırladığını və burada Rusiyaşünaslıq Mərkəzinin fəal işlədiyini deyib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev akademiyanın kitabxanasında rus dilində nadir kitabların olduğunu və kitabxanada bu nəşrlərin qorunmasını qeyd etdi. O, Elektron kataloq və Elektron kitabxana haqqında danışaraq, fondun kitabxanaya hədiyyə etdiyi kitabların orada öz əksini tapacağını və tezlıklə oxucuların və istifadəçilərin ixtiyarına veriləcəyini bildirib.
Bakıdakı Rus Evinin əməkdaşı Lyubov Yakunina görüşün vacibliyini vurğuladı, görüş iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib.
Tədbirdə Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Kitabxanasının müdiri Z.Həsənova, Respublika Elmi-Texniki Kitabxanasının direktor müavinləri A.Orucova və S.Şıxlı, Bakuinform saytının rəhbəri L.Cavanşir, Ə.Vahid adına kitabxana filialının müdiri M.Qasımova, Səbail və Yasamal rayon Mərkəzləşdirilmiş Kİtabxana Sistemlərinin əməkdaşları və digər qonaqlar iştirak etdilər.
Sonda fikir mübadiləsi aparıldı, görüş iştirakçılarının suallarına cavab verildi. Görüş iştirakçılarına Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondu tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub.
Y.Məmmədli