DVX NÜMAYƏNDƏ HEYƏTİ MDB VERGİ XİDMƏTLƏRİ RƏHBƏRLƏRİNİN TOPLANTISINDA
Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib. İclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.