booked.net booked.net  

Yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənatə edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal edilməsi üçün bir çox ərazilərdə olduğu kimi işğaldan azad edilən Kəlbəcər rayonunda da“AzərEnerji” tərəfindən kompleks işlər həyata keçirilir.

Hazırda Kəlbəcər rayonunun ərazisində 4 yerdə su elektrik stansiyalarının (SES) tikintisi aparılır.

 TEZADLAR.AZ  “AzərEnerji”yə istinadən xəbər verir ki, 2024-cü ildə 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücündə “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara verilib, 20-dən artıq kəlbəcərli bu stansiyalarda daimi işlə təmin olunub.

Bu günə kimi istismara verilən 6 kiçik su elektrik stansiyasında 70 milyon Kv/saat-a yaxın ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal edilib.

 


 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN