…Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan normal istirahət edə bilmirlər. Bu səbəbdən bulvarda nəinki qonaq, yerli sakinlər də yan durmağa çalışır. Belə qoxulu yerə turist gələrmi?!
Pis qoxunun səbəbi Sumqayıt icra hakimiyyətinin rəsmiləri tərəfindən danılsa da dənizə Bulvardakı çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır… 20-30 il əvvəl bu ərazi abad olmasa da və çoxsaylı zavodların fəaliyyət göstərməsinə baxmayaraq sahil çox təmiz idi, burada dəniz qumlu çimərliklər var idi. Hal-hazırda pis qoxudan başqa bu ərazidəki dəniz sahilində əsl ekoloji faciə, fəlakət yaşanır.
İnsanlar bura gəlir ki, təmiz hava alsın, stresdən qurtulsun, əvəzində kəskin qoxu baş çatdadır deyə burada gəzinti “burunlarından” gəlir. Bulvarda idman etmək, sağlamlıq üçün gələn adamlar da peşman olurlar. Əslində əvvəllər də ara-sıra sahildən pis qoxu gəlirdi, amma son zamanlar vəziyyət lap açınacaqlı duruma düşüb, kəskin qoxu davamlı xarakter alıb. Gigeyena və Epidemiologiya Mərkəzindən də Xəzərin Sumqayıt sahillərində aparılan monitorinqlər, kimyəvi və bakterioloji analizlərin nəticələrinə əsasən, Sumqayıt çimərliyində çimmək rəsmən qadağan olunmuşdur. Bunu görmək üçün monitorinqlərə, analizlərə əslində ehtiyac da yoxdur. Hər şey göz qabağındadır. Bu səbəblərdən bulvar boyu sahildə balıq ehtiyatı da tükənib. Sahil yosun çürüntüsü, tullantılarla, çirkabla doludur ki, bu da adamda romantikadan çox uzaq hisslər yaradır. Ərazidə demək olar heç bir təmizlik işləri aparılmır. Ara-sıra, ildə-ayda bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəsinndə bioresurslar məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən mövcud acınacaqlı vəziyyətlə, pis qoxunun aradan götürülməsi ilə bağlı bir tədbir göülməsini xahiş edirik. Sumqayıt sahili boyu ekoloji vəziyyət artıq çoxdan SOS siqnalı verir.
***
Əgər bu pis qoxu elə yerli məmurlara məxsus olan bulvardakı obyektlərdən, şəhərdən tökülən çirkab sularından əmələ gəlmirsə, onda niyə yaxınlıqdakı Novxanı ərazisində, qonşu sahil ərazilərdə, hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür pis qoxu yoxdur, su belə çirkab vəziyyətdə deyil!? Səbəbsiz heçnə olmur. Görünən laqeydlik, icra hakimiyyətinin kanalizasiya sistemini, təmizləyici qurğularını düzgün qurmamasıdır. Məsələ ilə bağlı keçən ay yerli kanallardan birinin ərazidən hazırladığı reportajı da təqdim edirəm.