booked.netbooked.net booked.net  

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә  İsrail prezidenti İshaq Hersoq arasında telefon danışığı olub.

Türkiyə KİV-nin yaydığı məlumata görə, telefon görüşməsi zamanı Ərdoğan "Bütün fikir ayrılıqlarına baxmayaraq münasibətlər və dialoqun davam etməsinə əhəmiyyət veririk" söyləyib. 

Görüşdə Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib. 

Prezident Ərdoğan Hersoqu andiçmə mərasimi münasibətilə də təbrik edib.

Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayan Prezident Ərdoğan, iki ölkə arasında enerji, turizm və texnologiya başda olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün yüksək potensialın olduğunu bildirib.

Rәcәb Tayyib Әrdoğan Fәlәstin-İsrail mәsәlәsinin Birlәşmiş Millәtlәr Tәşkilatının qәtnamәlәri çәrçivәsindә, iki dövlәtli, davamlı vә әhatәli şәkildә hәll edilmәsinin vacibliyini qeyd edib.

Prezident Ərdoğan vurğulayıb ki, Fələstin-İsrail münaqişəsinin həllində atılan müsbət addımlar, Türkiyə ilə İsrail arasındakı münasibətlərin inkişafına da təkan verəcək.

YASƏMƏN MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN