"Nə İrakli Qaribaşvili nə də Vaxtanq Qomelauri istefa etməyəcək".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Mədəniyyət, İdman və Gənclər naziri Tea Culukiani deyib. Onun sözlərinə görə, hökumətə nifrət edilsə də ona qulaq asmaq lazımdır: "Nə Qaribaşvili nə də Qomelauri istefa etməyəcək. Siz bu hökumətə sahibsiniz və nə qədər nifrət etsəniz də, hökumətə qulaq asmalısınız, hökumət başçısı əgər qarşı-qarşıya gələn iki qüvvəni ayırmaqda çətinliklərin ola biləcəyini deyirsə onda onu dinləmək lazımdır və bəzi namussuzların öz maraqları üçün istifadə etmək istədiyi LGBT icmasını buna qurban verməməliyik. Bu ölkədə onların çətinlikləri var, hüquqları qorunmalıdır, fərqli insanlara nifrət etməməliyik və bunun üçün birlikdə çalışmalıyıq. Günahkar cəzalandırılmalıdır, ancaq cəmiyyətdəki gərginliyin yüksəldilməsinə kömək etməmək və istintaq və ekspertiza öz sözlərini deyənə qədər operatorun hökumət tərəfindən öldürüldüyünü söyləməmək jurnalistlərin də vəzifəsidir", - deyə T. Culukiani bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN