Ötən gecə Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasının fəaliyyəti səbəbindən F-16 qırıcı təyyarələrini havaya qaldırmalı olub...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Polşa komandanlığı X səhifəsində yazıb. Məlumatda yazılır ki, Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı bu gecə Rusiya aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə hava və raket hücumları ilə bağlı intensiv hərəkətlərini izləyir. O da bildirilir ki, Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və komandanlıq vəziyyəti daim nəzarətdə saxlayır. Komandanlıq həmçinin xəbərdarlıq edib ki, ölkədə aviasiya fəaliyyətləri ilə əlaqədar, xüsusən də Polşanın cənub-şərqində səs-küy səviyyəsinin yüksəlməsi ola bilər.
Ötən gecə Rusiya hərbçiləri Kiyev ətrafı da olmaqla, Ukrayna ərazisinə 50- dən çox raket atıb... Müharibə isə davam edir. Rəsmi Kreml ötən gün Rusiya paytaxtında baş vermiş terrorda Ukraynadan şübhələnir.
A.Məmmədli