booked.netbooked.net booked.net  

Amerikalı aktrisa, rejissor və prodüser Ancelina Coli bizneslə məşğul olmaq qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Sun” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 47 yaşlı məşhur “Atelier Jolie” adlı şəxsi geyim və zərgərlik brendini yaratmaq istəyib.

“Ancelina bir ildən artıqdır ki, bu layihə üzərində işləyir və ümid edir ki, ticarət nişanı təsdiqlənəcək, beləliklə, o, biznesini irəli apara bilsin. Brend sifarişli zərgərlikdən tutmuş dərziliyə qədər hər şeyi əhatə edir”, - mənbə bildirib.

Eyni zamanda, Colinin davamlı moda adlanan tərəfdarı olduğu göstərilir (təbii resurslardan məsuliyyətlə istifadə etmək üçün istehlakın məhdudlaşdırılmasını nəzərdə tutan fenomen).

Yanvar ayında Ancelina Colinin qadınlara qarşı zorakılıqla mübarizə üçün xeyriyyə fondunu bağlamaq qərarına gəldiyi bildirildi. O, bu qərarı maliyyə çətinlikləri səbəbindən verib. Bundan əlavə, ulduz BMT-nin Qaçqınlar üzrə xoşməramlı səfiri olmaqdan çıxıb. O, təşkilatdan kənarda qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN