booked.net booked.net  

"Elza Seyidcahanın şeirlərini çox sevirəm.

Hətta onun "Əşyalarım" şeirini oxuyanda və dinləyəndə ağlayıram".

Bu sözləri şair Cığatel İsaqızı deyib. O, Əməkdar artist Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olmasının tənqid edilməsindən danışıb. 

 "Elzanın fərqli dünyası var. O, geyimləri ilə ekstravaqant qadındır. Şeirlərində ruhunu qoyur. Hətta onun Yazıçılar Birliyinə qəbul olunmasına mən rəy vermişəm. Buna da peşman deyiləm" deyə, C.İsaqızı söyləyib.

O, vurğulayıb ki, əsas odur ki, Elza xanım çox gözəl bəstəkardır və onun bəstələri əsrlər keçsə də tarixdə qalacaq.

Qeyd edək ki, E.Seyidcahanın Yazıçılar Birliyinə üzv seçilməsi tənqid edilmişdi.  

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN