Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı davam edir. Hazırda müsabiqənin 11 qalib layihəsindən biri olan “Narqız” qısametrajlı animasiya filminin istehsalı davam etdirilir.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, “Peri Film” MMC (Animafilm Studio) tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru və quruluşçu rəssamı Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, Nəzrin Ağamalıyeva, redaktorları Rafiq Məmmədli, Gülşən Hüseynova, aparıcı animatoru Firəngiz Bağırova, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssamları Elçin Hami Axundov, Emil Şiran, Kübra Binnətova, Nəzrin Hacıyeva, animatorları Mehriban Əliyeva, Rüstəm Bəşirov, Emil Şiran, istehsalat üzrə əlaqələndiricisi Zərifə Əkbərova, hüquqşunası Emil Gözəlovdur.

Filmin məqsədi işğaldan azad olunmuş ərazilərdə basdırılan mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların, həmçinin böyüklərin nəzərinə çatdırmaqdır. “Narqız” qısametrajlı animasiya filminin 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN