Ukrayna prokurorluğu iyulun 25-də saxlanılan Dnepr (keçmiş Dnepropetrovsk) şəhər sakinini məşhur ukraynalı millətçi İrina Farionu qəsdən öldürməkdə ittiham edib.

Tezadlar.az bildirir ki, bu barədə ölkənin baş prokurorunun müavini Andrey Voytenko məlumat verib.

"Hazırda dünən Dnepr şəhərində saxlanılan şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə ittiham irəli sürülməsi razılaşdırılıb", - o, Ukrayna Daxili İşlər Nazirliyinin saytında yayımlanan brifinqdə deyib.

Voytenko əlavə edib ki, prosesdə ittiham tərəfi təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri kimi girov hüququ olmadan həbsə alınmasını tələb edəcək.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko da brifinqdə bildirib ki, qatil “döyüş güllələrindən deyil, xüsusi güllələrdən” istifadə edib. Bu, nazirin fikrincə, silah və sursatların qara bazardan alındığını güman etməyə əsas verir.

Qeyd edək ki, iyulun 19-da naməlum şəxs Farionu Lvovdakı evinin yaxınlığında güllələyib. Qadın xəstəxanaya yerləşdirilsə də, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. İyulun 25-də Daxili İşlər Nazirliyinin rəhbəri Ukrayna prezidenti Vladimir Zelenskiyə Dneprdə qətldə şübhəli bilinən şəxsin saxlanması barədə məlumat verib. Onun 18 yaşlı yerli sakin olduğu məlum olub. Onun adı rəsmi olaraq açıqlanmayıb. Müstəntiqlərin fikrincə, qətlə hazırlıq zamanı o, Lvovda ən azı üç mənzil kirayələyib. Eyni zamanda, səhər saatlarında Lvov vilayəti polisinin nümayəndəsi Svetlana Dobrovolskaya bildirib ki, Rusiya Ali Məhkəməsi tərəfindən qadağan edilmiş neonasist terror təşkilatı Milli-Sosializm/Ağ güc üzvlərinə dair məlumatları öyrənirlər. Federasiya Farion cinayətinin məsuliyyətini üzərinə götürmüşdü. Müvafiq məlumat iyulun 24-ü axşam saatlarında Ukrayna mətbuatında yayılıb. Qeyd olunub ki, cinayətə səbəb kimi Radanın keçmiş deputatının “Ukrayna cəmiyyətində nifrət doğurması” göstərilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN