booked.netbooked.net booked.net  

Təhsil eksperti Kamran Əsədov şagirdlərin çəkisinə, yaşına uyğun olmayan ağır məktəb çantaları mövzusuna toxunub.

TEZADLAR.AZ xəbər verir ki, o, FB səhifəsində şagirdlərin həmin ağır çantalar səbəbindən gələcəkdə qazanacaqları onurğa xəstəliklərindən, görmə problemlərindən bəhs edib.

"Şagirdin yükü...

Oxumaq çətin deyil, lakin bu proses çətindir. Yəni biz oxumaq üçün məktəbə gedənə qədərki prosesdə sağlamlığımız üçün təhlüklələr var. Birincisi çantadır.

Ağır çanta şagirdlərdə aşağıdakı xəstəlikləri yarada bilir:

* kifoz, skolioz, inkişafdan qalma, görmə problemi.

Çantanın çəkisində təsir göstərir:

*Boş çantanın özünün ağırlığı

*Kitablar (Sayları çox, çəkiləri normadan artıq)

*İş dəftərləri və köməkçi vəsaitlər

* Su, yemək qabları

*Qələm, karandaş və digər köməkçi vasitələr

Şagirdin daşıdığı çanda aşağəədakı çəkidən artıq olmamalıdır:

  • 1-2-ci sinif şagirdləri üçün – 1,2 kq-dan;
  • 3-4-cü sinif – 2,2 kq-dan;
  • 5-6-cı sinif –2,2 kq-dan;
  • 7-8-ci sinif –3,2 kq-dan;
  • 9-11-ci sinif – 3,2- 3,7 kq-dan", - deyə təhsil eksperti qeyd edib.

Kamran Əsədov problemin aradan qaldırma yolu ilə bağlı maraqlı təklif də irəli sürüb:

"Nə etmək lazımdır:

* Çantanı bir çiyində, arxada və ya əldə daşımaq əvəzinə, təkərli çantalara üstünlük vermək lazımdır.

* Dərsliklər şagirdlər üçün 2 nüsxədə çap edilməli, bir nüsxəsi məktəbdə, digəri evdə qalmalıdır ki, kitab daşınması yükü aradan qalxsın", - deyə bildirib.

 ***

Hər halda düşünməyə dəyər! Söhbət uşaqların sağlamlığından gedirsə...

JASMİN

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN